12.06.2019

İbtidai siniflərdə sınaq imtahanı keçirilib

İyunun 11-də Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin II, III və IV siniflərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə mərkəzləşdirilmiş sınaq imtahanı keçirilib. Sınaq imtahanı məktəblərin yerləşdiyi ərazilərə uyğun olaraq təyin olunmuş 7 mərkəzdə təşkil edilib.

İmtahan prosesi bütün mərkəzlərdə eyni vaxtda başlanılıb və sona çatıb.

Qeyd edək ki, sınaq imtahı ana dili, rus dili, ingilis dili, həyat bilgisi və riyaziyyat fənnindən keçirilib.

 


Açar sözlər: ,  ,