10.06.2019

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilib  

İyunun 10-da Daşkəsən rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilib. İmtahanda rayon üzrə 271  nəfər  şagird iştirak edib.

IX sinif üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili, xarici dili) və riyaziyyat fənnindən keçirilib. 

 İmtahan saat 11:00-da başlanıb və 14:00-da bitib.

Qeyd edək ki, ikinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilib.

 

 


Açar sözlər: ,  ,