07.06.2019

Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 479 şagird bitirəcək

2018-2019-cu tədris ilində Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 283, XI siniflərini 196 nəfər bitirəcək. Rayonda 296 nəfər I sinfi, başa vuracaq. Cari tədris ilində Daşkəsən Ryon Təhsil Şöbəsinin tabeliyində olan 42 ümumi təhsil məktəbində 373 sinifdə 3332  şagird təhsil alıb.

2018-2019-cu tədris ilində rayon üzrə 8 ümumi təhsil məktəbində fəaliyyət göstərən 14 məktəbəhazırlıq qrupunu 242 uşaq başa vurub.

Daşkəsən  Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 619 müəllim fəaliyyət göstərir.

Qeyd edək ki, Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyində 42 ümumi təhsil məktəbi, 26-i tam orta məktəb, 14-si ümumi orta məktəb, 2-i ibtidai məktəb və məktəbdənkənar təhsil müəssisəsi olmaqla 44 təhsil müəssisəsi fəaliyyət göstərir.

 


Açar sözlər: ,  ,