20.05.2019

VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib

Mayın 19-da Daşkəsən rayon ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Müsabiqədə ümumilikdə 106 nəfər şagird iştirak edib. 

Müsabiqə riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. 

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.