15.05.2019

“Nəsimi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçirilib

Mayın 15-də Daşkəsən rayon İ. Nəsimi adına 1 saylı tam orta məktəbdə “Nəsimi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçirilib.

“Nəsimi İli”nə həsr olunmuş intellektual oyun üzrə məktəb çempionatı rayon ümumi təhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıçılıq bacarıqlarının inkişafına  kömək etmək yüksək yaradıcılıq qabliyyətinə intellectual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Regional məktəb çempionatında 36 sual səsləndirilib və hər bir 12 sualdan ibarət olan 3 tur oynanılıb.

Hər bir komandada oyun masası arxasında maksimum 6 nəfər əyləşib. Oyunda 6 nəfər oyunçudan biri komandanın kapitanı seçilib.

Regional məktəb çempionatında rayon ümumi təhsil məktəbləri arasında 13 komanda zona turuna vəsiqə qazanmaq uğurunda mübarizə aparıb.

Yarışda İ. Nəsimi adına 1 saylı tam orta məktəbin komandası I, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası II, Quşçu kənd Ə.İsmayılov adına kənd tam orta məktəbin komasndası III yerə layiq görülüb.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanmmış “Nəsimi” komandası 25 may 2019-cu il tarixində Şəmkir şəhərində (Şəmkir, Tovuz, Gədəbəy, Qazax, Ağstafa, Samux, Göygöl və Daşkəsən rayonları) keçiriləcək zona çempionatında iştirak edəcək.