14.05.2019

Aysel Əliyeva tərifnamə ilə təltif olunub

Daşkəsən rayonu Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəbinin XI sinif şagirdi Aysel Əliyeva Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Respublika mərhələsində Daşkəsən rayonunu təmsil edib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Aysel Əliyeva tərifnamə ilə təltif olunub.

Müsabiqə Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə hər il ənənəvi olaraq keçirilir.

 


Açar sözlər: ,  ,