14.05.2019

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində  seminarı keçirilib.

                Seminarda Daşkəsən rayonu Mədənçilər qəsəbəsi 3 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Lamiyə Bağırova iştirak edib.

Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində layihə əsaslı tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.

Qeyd edək ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 129 məktəb, 395 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 onlayn təlimdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıb. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.

 


Açar sözlər: ,