13.05.2019

"Vurma və bölmə üzrə məsələ həlli" mövzusunda "açıq dərs" keçirilib

 İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə riyaziyyat fənnindən " Vurma və bölmə üzrə məsələ həllimövzusunda "açıq dərs" keçirilib. "Açıq dərs" məktəbin 2A sinifində təşkil edilib. Fən müəllimi Pirverdiyeva Xəzəngül mövzu ətrafında şagirdlərə geniş məlumat verib. "Açıq dərs"də məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Şagirdlər qruplara bölünərək mövzu haqqında verilən test tapşırıqlarını həll etməyə çalışıblar. Açıq dərsin sonunda məktəbin direktoru Sevil Ələsgərova şagirdlərə öz tövsiyyələrini verib.

 

 


Açar sözlər: ,  ,