22.04.2019

"İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində V Respublika Olimpiadasının ikinci turuna yekun vurulub

"İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində V Respublika Olimpiadasının ikinci turuna yekun vurulub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində V Respublika Olimpiadasının ikinci turuna yekun vurulub.

Layihənin keçirilməsində əsas məqsəd şagirdlər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı şagirdlərin üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.

26 nəfər məktəblinin iştirak etdiyi olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə aparılıb.

Qeyd edək ki, olimpiada www.istedad.az internet səhifəsi vasitəsi ilə onlayn qaydada keçirilir.

Onlayn turlarda yüksək göstəricilər nümayiş etdirmiş şagirdlər Olimpiadanın final turunda iştirak etmək hüququ qazanacaqlar.