02.04.2019

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 31-də Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. 

Bilik yarışına qərb regionu üzrə Şəmkir, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Gədəbəy və Xocalı rayonlarından  ümumilikdə 400 nəfərdən çox şagird qatılıb. 

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. 

Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.