11.03.2019

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

 

Martın 10-da Daşkəsən rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda rayon üzrə 278  nəfər  şagird iştirak edib.

IX sinif üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili, xarici dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq,xarici dili fənnindən isə 9 qapalı, 6 açıq  ümumilikdə 45 test tapşırığı təqdim edilib. 

İmtahan saat 11:00-da başlanıb və 14:00-da bitib.

Qeyd edək ki, ikinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim ediləcək.

 

 


Açar sözlər: ,  ,