06.03.2019

Müsabiqənin rayon mərhələsinin qalibi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinin qalibi bəlli olub.

Belə ki,  Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyindəki Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Hüseynova  “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin rayon  mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib.

Müsabiqənin rayon mərəhələsinin qalibi ölkə mərhələsində onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. 

Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.

 


Açar sözlər: ,  ,