04.03.2019

Rus dili və ədəbiyyat  üzrə XI respubilka olimpiadasının region mərhələsi keçirilib

Martın 2-də Gəncə şəhər 4 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya Fedarasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq Üzrə  Fedaral  Agentiliyinin Azərbabcandakı nümayəndəli tərəfindən təşkil olunan sayca  Rus dili və ədəbiyyatı üzrə XI respublika olimpiadasının region mərhələsi keçirilib.

Olimpiadada Daşkəsən şəhər 2 saylı tam orta məktəbin VII, VIII sinif şagirdləri iştirak edib.

Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini şagirdlərə mənimsətməkdir. Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlanıb.Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini şagirdlərə mənimsətməkdir. Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlanıb.

Qeyd edək ki, olimpiadanın nəticələri aprel-may aylarında elan ediləcəkdir.