04.02.2019

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilib.

Bu mərhələdə Daşkəsən  rayonu üzrə 146  nəfər şagird iştirak edib. Bu məqsədlə Rayon Təhsil Şöbəsi tərəfindən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydalarına əsasən yerli Təşkilat komitəsi yaradılıb. Olimpiadanın keçiriləcəyi mərkəz və oturma planları öncədən müəyyən olunub.

Qeyd edək ki, Olimpiada fevralın 3-ü saat 10:00-da Daşkəsən  şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.