13.11.2018

Konstitusiya Günü qeyd edilib

12 noyabr – Konstitusiya Günü münasibətilə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

“Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Müasir Azərbaycan Konstitusiyası”, “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır”, “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” və digər bu kimi mövzularda keçirilən tədbirlərdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb. 

Tədbirdə məktəblilər tərəfindən dövlət bayrağına, vətənə həsr olunmuş şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,