13.09.2018

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Uğurdan Gələcəyə” layihəsinin icra işləri davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş “Uğurdan Gələcəyə” layihəsinin 21 iyun 2018-ci il tarixindən etibarən layihənin əhatə etdiyi Daşkəsən, Quba və Balakən rayonlarında icrası işlərinə başlanılıb.

            İlk olaraq Layihə rəhbəri Daşkəsən rayon Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin coğrafiya müəllimi, Daşkəsən rayonu üzrə Təhsil meneceri Səbinə  Qədirova, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərləri IX siniflərdə Azərbaycan dili və Riyaziyyat fənnini tədris edən müəllimlər müəllimlərlə Daşkəsən Rayon Təhsil şöbəsində rəsmi görüş keçirilib, layihə haqqında ətraflı məlumat verib. “Uğurdan Gələcəyə” layihənin icra işlərinin 20.06.2018 tarixindən 30.10.2018 tarixinidək davam edəcəyini və bu müddətdə ardıcıl olaraq görüləcək işləri  görüş iştirakçılarının diqqətinə çatdırılıb. Görüş zamanı məktəblərdə IX sinif şagirdləri və onların valideynləri ilə məktəbdaxili görüşlər keçirilməsi, layihə haqqında məlumatlandırılmaları  ilə bağlı tapşırıqlar verilib.  Layihə rəhbəri özü də RTŞ əməkdaşlarının da iştirakı ilə 10-a yaxın məktəbdə valideynlər və IX sinif şagirdləri ilə görüşlər keçirib, layihə haqqında onları maraqlandıran sualları cavablandırıb . Bu müddət ərzində Quba və Balakən rayonlarının layihə üzrə koordinatorları seçilmiş Yasəmən Cəbrayılova və Nərmin Həbilova tərəfindən müvafiq rayonlarda təşkil olunub.

            “Uğurdan Gələcəyə” layihəsinin əsas məqsədi IX sinif buraxılış imtahanı verəcək şagirdlər və məktəblər arasında motivasiyaedici rəqabətin yaradılması üçün yay düşərgələrinin təşkil olunmasıdır. Bu məqsəd eyni zamanda üç müxtəlif rayonun seçilmiş ən istedadlı 6 ümumilikdə 18 şagirdi arasında komanda şəklində inteqrasiyanın, valideynlərin övladlarının nəticələrini dəyərləndirmək onların səmərəli və öyrədici istirahətinin təşkilinə diqqətinin artırılmasına xidmət edir.

Layihədə IX sinif buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlər təhsil şöbəsinin əməkdaşları ilə birlikdə obyektiv olaraq hər üç rayon üzrə 6 ümumilikdə 18 şagird seçilərək və onların valideynlərinin də iştirakı ilə yerli təhsil şöbələrində görüşlər keçiriləcək, həmin şagirdlərin Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim Təcrübə Mərkəzində 4 gün 3 gecə keçirilməsi nəzərdə tutulan yay düşərgəsinin qalibi seçiləcək

Qeyd edək ki, layihənin növbəti mərhələsi sentyabr, oktyabr aylarında məktəblərdə şagirdlərin idarəetmə bacarıqlarını formalaşdırmaq üçün Daşkəsən, Quba və Balakən rayonlarında layihə koordinatorlarının dəstəyi ilə təlim iştirakçılarının özləri tərəfindən təhsillərini davam etdirdikləri məktəbdə layihədən əldə olunan nəticələrin təhlili və təbliği ilə bağlı keçiriləcək. Görüşdə şagirdlərin düşərgə müddəti keçirdiyi maraqlı anlardan hazırlanmış videolent gələn qonaqlara göstəriləcək, görüşün sonunda şagirdlər sertifikatla mükafatlandırılacaq.