10.09.2018

Sinif rəhbərləri üçün  Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən seminarlar keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 193 saylı qərarına əsasən sinif rəhbərləri üçün  Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən kurslar keçirilir.

4 sentyabr tarixindən etibarən Daşkəsən Rayon Mədəniyyət və Turizm İdarəsində Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin II, V, VI sinif rəhbərləri üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən  fövqəladə hallar və mülki müdafiə seminarları başlanılıb. Sinif rəhbərləri üçün təşkil olunmuş kurs 3 gün davam edəcək.

Təlim müddətində müəllimlər üçün keçiriləcək mövzular aşağıdakı kimi müəyyənləşib:

FHN-nin əhalinin mühafizəsində rolu. Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu. Respublika ərazisində (şəhər, rayon) baş verə biləcək fövqaladə hallar və onlardan mühafizə tədbirləri. Düşmən hücumu təhlükəsi yaranarkən. Habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti. Radiasiya-kimyadan mühafizə tədbirləri, fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları. Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydaları. Sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları.

 


Açar sözlər: ,