23.07.2018

Attestatların verilməsinə başlanılıb

Daşkəsən  Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara  fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.Ötən ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.

Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

            Rayon ümumi təhsil müəssisələri üzrə tam orta təhsil haqqında fərqlənmə `10, tam orta təhsil haqqında 191 nəfər, ümumi orta təhsil haqqında 244 nəfər müvafiq attestatlar veriləcək. Fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

 

 


Açar sözlər: ,