25.06.2018

“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

 “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim  kollektivi və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon Polis şöbəsinin əməkdaşı  Ceyhun  Rzayev  narkomaniya və onun fəsadları barədə geniş məlumat verib. O bildirib ki, narkomaniya cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərir. İnsanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olması cəmiyyətimiz üçün böyük problemlərdən biridir

 


Açar sözlər: ,