12.06.2018

Şagirdimiz rus dili və ədəbiyyat üzrə X respublika olimpiadasının qalibi olub

Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə X respublika olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov,  “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər və olimpiadanın qalibləri iştirak ediblər.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov bildirib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.

Qeyd edək ki, qərb  bölgəsi ümumtəhsil məktəblərinin şagirdləri üçün olimpiada aprelin 20-də Gəncə şəhərində  təşkil olunmuşdu. Olimpiadanın nəticələrinə əsasən isə Daşkəsən  şəhər A. Mürsəlov  adına 1 nömrəli tam orta məktəbin şagirdi Rüfət Rüfət, olimpiadanın qaliblərindən olub. Onlar müəllimləri ilə birlikdə mərasimdə iştirak edərək diplom və hədiyyələrlə təltif ediliblər.

Olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.

 


Açar sözlər: ,  ,  ,