08.06.2018

Şagirdimiz tərifnaməyə layiq görülüb

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.

Müsabiqənin nəticələrinə görə Daşkəsən  şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nigar Məmmədzadə tərifnaməyə layiq görülüb.