23.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışması  

Mayın 23-də rayon ümumi təhsil məktəbləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” nə həsr olunmuş intellektual oyun üzrə regionla məktəb çempionatının rayon mərhələsi keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə yaratmaqdan ibarətdir.

Qeyd edək ki, yarışmanın qalibi seçilmiş İmaddədin Nəsimi adına 1 saylı tam orta məktəbin Qələbə komandası 26 may tarixdə Şəmkir rayonunda keçiriləcək "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə həsr olunmuş regional məktəb çempionatında rayonu təmsil edəcək.

 

 


Açar sözlər: ,