21.05.2018

Ədəbiyyat milli-mənəvi dəyərimizdir” adlı ədəbi-bədii gecə keçirilib

Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbin ədəbiyyat müəllimi Aynur  Məmmədovanın  təşkilatçılığı ilə “Ədəbiyyat milli-mənəvi dəyərimizdir” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə  Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları və məktəb kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin ardınca, tədbiri giriş nitqi ilə açan məktəbin  direktoru

Kamal Musayev  ədəbiyyat  gecəsinin təşkilinin şagirdlərin bu fənnə marağının artmasına və gələcəkdə yüksək ixtisaslı kadrların hazırlığı işinə təkan verəcəyinə əminliyini ifadə edib. Direktor şagirdlərə dərslərində diqqətli olub, bu cür tədbirlərdə iştirak edərək özlərini inkişaf etdirməyi tövsiyə edib.

Tədbirdə həmcinin şagirdlərin ifasında musiqi və səhnəciklər göstərilib.

 

 

 


Açar sözlər: ,  ,  ,