16.03.2018

Novruz bayramına həsr olunan təntənəli tədbir keçirilib

Daşkəsən şəhər İ. Nəsimi adına 1ömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunan təntənəli tədbir keçirilib.

Tədbirdə təhsil işçiləri və məktəbin şagird və müəllim kollektivi iştark ediblər.

Tədbirin keçirilməsinin məqsədi Novruz bayramında xalqımızın milli adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırmaqdır.

Bayram şənliyində Novruzun personajları Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.

Şagirdlər gəlişi ilə baharın təravətli nəfəsini gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər göstəriblər.

 


Açar sözlər: ,  ,