07.03.2018

İmadəddin Nəsiminin yararadıcılığına həsr edilmiş tədbir  keçirilib

Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan şairi İmadəddin Nəsiminin yararadıcılığına həsr edilmiş tədbir  keçirilib.

Tədbirdə Daşkəsən şəhər Mərkəzi uşaq kitabxanasının əməkdaşları, Daşkəsən Rayon Təhsil Şöbəsinin işçiləri və məktəb kollektivi iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Nəsimi irsini daha dərindən araşdırıb  öyrənmək, onun  yaradıcılığındakı hümanist dəyərləri, bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, həmçinin, şagirdlərin ədəbiyyata marağını və dünyagörüşünü artırmaqdan ibarətdir.

Sonda Şagirdlər şairə məxsus şeirlər söyləyir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdiriblər. 

 


Açar sözlər: ,  ,