26.02.2018

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbir Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

         Məktəbin direktoru Sevil Ələsgərova çıxış edərək bildirib ki, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biridi. Xocalı faciəsində dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi,  əsr düşən insanların zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Tədbirin davamı şagirdlər tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən kompozisiyaları nümayiş etdirməklə keçirilib. 

 


Açar sözlər: ,  ,  ,