20.02.2018

“Təhsildə keyfiyyət ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib

Daşkəsən  Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Təhsildə keyfiyyət ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd rayon ümumtəhsil məktəblərində təlim keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması və istedadlı uşaqların aşkarlanması olub.

Giriş sözü ilə çıxış edən təhsil şöbəsinin müdir müavini  Rizvan Ələsgərov tədbir iştirakçılarına “Təhsildə keyfiyyət ili” çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verib.

 


Açar sözlər: ,