16.02.2018

“Zirvə” bilik yarışının 1\4 final mərhələsi keçirilib

Gəncə şəhərində “Zirvə” bilik yarışının 1\4 final mərhələsi keçirilib.

Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbin IX-XI sinif şagirdləri bilik yarışında iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Zirvə” bilik yarışı iki mərhələdə keçirilir. İlk mərhələdə çəkilişlər Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən tam orta məktəblərdə aparılır. Bu etapda hər rayondan 8-10 məktəb öz aralarında mübarizə aparır və onlardan yalnız ikisi regional mərhələyə keçmək hüququ qazanır.

İkinci mərhələnin çəkilişləri isə studiyada həyata keçirilir. Hər mərhələdə zəif nəticə göstərən bir komanda yarışı tərk edir və bu finaladək eyni qaydada davam edir.

Yarışın keçirilməsində məqsəd Azərbaycan təhsilinə töhfə vermək olan “Zirvə” bilik yarışı şagirdlərin biliyini sınağa çəkməklə yanaşı onlar üçün müəyyən təcrübə olur.


Açar sözlər: ,  ,