08.02.2018

Elektron dərs resurslarında səmərəli istifadəyə dair təlim keçirilib

Yuxarı Daşkəsən qəsəbə Z. Bağırov adına tam orta məktəbdə elektron dərs resurslarında səmərəli istifadəyə dair tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd  təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün imkan yaradan elektron dərs resurslarının seçimidir.

Təhsil meneceri Səbinə Qədirova çıxış edərək bildirib ki, İnformasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində şagirdlər və müəllimlər tərəfindən kompüterdən effektiv istifadə etməkdir.

 Dərs materiallarının elektron formada verilməsi həm dərslərin daha effektiv mənimsənilməsinə, həm də bilik səviyyəsinin interaktiv formatda yoxlanılmasına imkan yaradır. Elektron dərslərin əsas üstünlüklərindən biri mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən internet resurslarından istifadə olunmasıdır ki, bu da həmin mövzunun daha əhatəli öyrənilməsini təmin edir.

Təlimdə bilidirlib ki, təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək, passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkanlar verir.

 

Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: ,  ,  ,