29.01.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək.

Bu mərhələdə Daşkəsən rayonu üzrə 161 nəfər şagirdin iştirakı edəcək. Bu məqsədlə Rayon Təhsil Şöbəsi tərəfindən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydalarına əsasən yerli Təşkilat komitəsi yaradılıb. Olimpiadanın keçiriləcəyi mərkəz və oturma planları öncədən müəyyən olunub.

Qeyd edək ki, Olimpiyada fevralın 4-ü saat 10:00-da Daşkəsən şəhər 1 nömrəli tam orta məktəbdə keçiriləcək.

Olimpiada iştirakçılarından qeydiyyat üçün həmin gün saat 08:30-da qeyd olunan məktəbdə olmaları xahiş olunur.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.