23.01.2018

I yarımil üzrə yekun qiymətləndirilməyə başlanılıb

 

 Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbdə 2017-2018-ci tədris ilinin I yarımili üçün böyük summativ qiymətləndirmə keçirilib.

Məktəbin Fəaliyyət planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə yanvarın 22-dən etibarən I-X siniflərdə məktəbdaxili qiymətləndirmənin yekun növü olan Böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanılıb.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır. Qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur və şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

Qeyd edək ki, məktəbdə BSQ-lərin keçirilməsi qrafikə uyğun olaraq I yarımilin sonunadək davam edəcək.


Açar sözlər: ,  ,