18.01.2018

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş rəsm və kitab sərgisi keçirilib

Daşkəsən rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş rəsm və kitab sərgisi keçirilib. 

Sərginin keçirilməsində əsas məqsəd bu qanlı faciədə həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək olub.

Sərgi 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon ümumi təhsil məktəblilərinin şəhidlərə həsr olunmuş rəsmləri, əl işləri və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının şərəfli həyat yolundan bəhs edən kitablar sərgidə nümayiş etdirilib. 

Qeyd edək ki, sərgi 3 gün  davam edəcək.