17.01.2018

“Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında tədbir keçirilib  

 Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə  20 Yanvar faciənin 28-ci ildönümü ildönümü ilə bağlı “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, məktəbin şagird və müəllim kollektivi və Daşkəsən Rayon Təhsil Şöbəsinin əmakdaşları iştirak ediblər.

 Məktəbin direktoru Sevil Ələsgərov çıxış edərək bildirib ki, keçmiş Sovet İmperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçmiş 20 Yanvar şəhidlərimiz tariximizin qəhrəmanlarıdır. Bu qanlı hadisələrdən on illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Daha sonra məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər oxuyub, səhnəciklər göstəriblər.

 


 


Açar sözlər: ,  ,  ,