12.10.2017

"Zirvə” bilik yarışınının seçim tur mərhələsi keçirilib

Oktyabrın 11-də Daşkəsən rayon İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Kəpəz TV təşkil etdiyi “Zirvə” bilik yarışınının seçim tur mərhələsi keçirilib.

Keçirilən “Zirvə” bilik yarışında rayon ümumi təhsil məktəblərinin VII komandası seçim turunda iştirak ediblər. Komandalar “Zirvə” bilik yarışınının 1/16 final turuna vəsiqə qazanmaq uğurunda mübarizə aparıblar.

Komandalar arasında İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası I yerə, Yuxarı Daşkəsən Qəsəbə tam orta məktəbin komdası II yerə layiq  görülüb.

Qeyd edək ki, qalib olan komandalar “Zirvə” bilik yarışının 1/16 final turunda iştirak edəcəklər.


Açar sözlər: ,