10.10.2017

“Fövqəladə hallar uşaqların gözü ilə” rəsm müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 2010-cu il 18 noyabr tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə”  uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsanamənin 1.4 bəndinə uyğun olaraq 2017-ci il 02 oktyabr tarixindən 2017-ci il 20 dekabr tarixinədək Respublika üzrə Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsaqbiqəsi keçiriləcəkdir.

Müsabiqə Ağstafa, Qazax, Daşksəsn, Gədəbəy, Göygöl, Samux, Tovuz, Şəmkir və Kəlbəcər rayon ümumi təhsil müəssisələrinin I-IX sinif şagirdləri (lisey, gimnaziya və s. daxil olmaqla) arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir.

Müsabiqənin Respublika turuna işlər Gəncə Regional Mərkəzi ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcək.