04.10.2017

"Qəhramanlığı sizdən öyrənirik" mövzusunda tədbir keçirilib

“Sağlam həyata doğru” İctimai Birliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  “Qəhramanlığı sizdən öyrənirikmövzusunda tədbir keçirilib.

Daşkəsən Rayon Mədəniyyət  Mərkəzində təşkil olunan tədbirdə müharibə veteranları, Qarabağ  əlilləri, gənclər, müəllimlər və rayon ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə qeyd ediblər ki, belə tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təkan verir. Bu gün orta məktəblərdən ali məktəblərə yol alan gənclər demək olar ki, vətənpərvərlik duyğusu və qəhramanlıq hissi ilə “yüklənmiş” halda yeni həyata qədəm qoyurlar. Vətən naminə oxumaq və çalışmaq ən böyük vətənpərvərlikdir.

“Sağlam həyata doğru” İctimai Birliyinin sədri Sadiq Həsənov çıxışında qeyd edib ki, hər bir Azərbaycan gənci öz ölkəsi haqqında nə qədər çox məlumatlı olsa, bilgi əldə etsə, vətənini bir o qədər çox sevər.

 


Açar sözlər: ,  ,