27.09.2017

2017-2018-ci dərs ilində 182 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaqlar

Daşkəsən rayon ümumi təhsil müəssisələrində 5 yaşlı uşaqların hazırlıq qruplarına qeydiyyat prosesi başa çatıb.

2017-2018-ci dərs ilində təhsilə cəlb olunmuş 182 nəfər 5 yaşlı uşaqların 15 nəfəri rus bölməsində , 167 nəfəri isə Azərbaycan bölməsində təhsil alacaqlar.

Qeyd edək ki, rayon ümumi təhsiln məktəblərində 12 məktəbəhazırlıq qrupu açılıb.

Məşğələlər 2 oktyabr tarixindən başlanıb 31 may tarixdə başa çatacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesine öncədən alışması, onlarda müəyyən bilik və bacarıqlarının formalaşmasından ibarətdir.