25.09.2017

"Əlaçı” televiziya layihəsinin  seçim mərhələsi keçirilib

Daşkəsən R ayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri "Əlaçı” televiziya layihəsinin  seçim turunda iştirak ediblər.

Seçim turunda rayon ümumi təhsil məktəblərindən 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub.

Çəkilişdə iştirak etmək üçün Azərbaycanın bütün regionlarını əhatə edən ümumtəhsil məktəblərindən ən yaxşı biliklərə malik olan şagirdlər seçilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd “Əlaçı” televiziya layihəsinin 5-ci mövsümünün televiziya çəkilişləri üçün şagirdlərin seçilməsi olub.

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.