21.09.2017

2017-2018-ci tədris ilində Müəllimlərin İşə Qəbulu İmtahanı nəticəsində 99 nəfər müəllim rayon ümumi təhsil məktəblərinə müəllim təyin olunub

2017-2018-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən iki mərhələdən ibarət olmaqla Müəllimlərin İşə Qəbulu İmtahanı həyata keçirilib.

Keçirilən imtahanlar nəticəsində 99 nəfər müəllim olmaq hüququ qazanaraq Daşkəsən rayon ümumi təhsil məktəblərində müddətsiz işləmək üçün təyin edili9b və qeydiyyatdan keçib.

Həmçinin 8 nəfər müəllim ölkə və rayon daxili yer dəyişmə müsabiqəsi nəticəsində Daşkəsən rayon ümumi təhsil məktəblərində işləmək hüququ qazanıb.

Qeyd edək ki, ötən tədris ilində Müəllimlərin İşə Qəbulu İmtahanı nəticəsində Daşkəsən rayon ümumi təhsil məktəblərində çalışmaq hüququ qazanmış müəllimlərin sayı 34 nəfər olub.