18.09.2017

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sertifaktlaşma imtahanı keçirilib 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  tərəfindən Şəmki şəhər Nizami adınıa tam orta məktəbdə Şəmkir, Gədəbəy və Daşkəsən rayonları üzrə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimlərinin sertifaktlaşdırma imtahanı həyata keçirilib.

Keçirilmiş imtahanda Daşkəsən rayon ümumi təhsil məktəblərində 14 ibtidai sinif müəllimi iştirak edib. Bir saat davam eden imtahanda uğurlu nəticə əldə etmiş müəllimlərə sertifaktlar veriləcək.

Qeyd edək ki, Daşkəsən rayon ümumi təhsil məktəbləri üzrə sertifaktlaşmış müəllimlərə iyul ayının 24-dən 30-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  tərəfindən təlimlər keçirilib.