14.09.2017

Daşkəsən rayonunda ənənəvi sentyabr konfransının bölmə iclasları keçirilib

Daşkəsən rayonunda ənənəvi sentyabr konfransının bölmə iclasları keçirilib. İclaslar 14 bölmə üzrə aparılıb.

Məktəb rəhbərlərinin işıtirakı ilə keçirilən iclaslarda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr müzakirə olunub, yeni tədris ilində qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb.

Fənlər üzrə iclaslarda müəllimlərə fənn proqramında və dərsliklərdəki dəyişiklər və əlavələr bilirilib, kurrikulum sinifləri üzrə dərslik və proqramlar müzakirə olunub, keşən dərs  ilinin yekunlarına əsasən fənnin tədrisi ilə bağlı məsələlər geniş təhlil olunub.

Məktəb Uşaq Birliyi Rəhbərləri ilə keçirilən bölmə iclasında qarşıdan gələn yeni tədris ilində Uşaq Birliyi Rəhbərləri ilə işin təşkili və bu sahədə həyata keçiriləcək layihələr müzakirə olunub.

 


Açar sözlər: