13.09.2017

II, V, VI sinif rəhbərləri üçün fövqəlada hallar və mülki müdafiə mövzusunda təlimlər keçirilib

Sentyabrın 12-də rayon ümumtəhsil məktəblərinin II, V, VI sinif rəhbərləri üçün Fövqəladə Hallar Nazirliyinin Qərb Regional Mərkəzinin Mülki müdafiə şöbəsinin əməkdaşları tərəfindən fövqaləda hallar və mülki müdafiə seminarı keçirilib. Seminarda müəllimləri maraqlandıran suallar cavablandırılıb, gündəlik olan mövzular ətrafında müzakirələr aparılıb.

Seminarın gündəliyində aşağıdakı mövzular yer alıb.

II sinif üçün

1.Məktəblilərə mülki müdafiə haqqında anlayışın verilməsi

2.Fövqəlada hallar və davranış qaydaları haqqında əhaliyə xəbər və məlumatların verilməsi

3.Respiratorun əhəmiyyəti və ondan istifadə qaydası. Tənəffüs üzvlərini üzvlərini mühavizə edən ən sadə vasitələr.

4.Uşaq əlehqazının əhəmiyyəti və ondan istifadə qaydası

5.Şagirdlərin sığınacaqda və daldanacaqda yerləşdirilməsi və davranış qaydaları, ən sadə daldanacaqlar

6.Şagirdləri qəzalarda və təbii fəlakətlərin nəticələrindən mühavizə etmək qaydaları

V sinif üçün

1.Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsəd və vəzifələri

2.Müasir kütləvi qırğın vasitələri

3.Fərdi mühavizə vasitələri

4.Bizim yerlər üçün səciyəvi olan qəzalar, təbii fəlakətlər və onların nəticələrindən mühavizə

VI sinif  üçün

1.Kollektiv mühavizə vasitələri

2.Düşmən hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti

3.Qanaxmalar, yanqılar, sınıqlar və bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstəermək üsulları

4.Radioaktiv, zəhərləyici maddələr, bakteroloji (bioloji) vasitələr və güclü təsirli maddələrlə zədələnmələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları

 


Açar sözlər: ,