12.09.2017

Daşkəsən təhsil işçilərinin sentyabr konfransı keçirilib

 

Sentyabrın 12-də Daşkəsən rayon təhsilo işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin nümayəndələri, 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşları, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edilib..

Konfrans Dövlət himnin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Daşkəsən Rayon Təhsilo Şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzə ilə çıxış edib. O, bildirib ki, rayonun pedaqoji işçilərinin  bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müsəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçirildiyi, rayonumuzdakı abadlıq, quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.

Diqqətə çatırılıb ki, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlancığımövzusuna həsr olunacaq.

Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov çıxış edərək təhsil işçilərinə yeni dərs ilində aruzalıyıb, tövsiyyələrini bildiriblər.

 


Açar sözlər: ,